ABŞ-nin yeni Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan sonra ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirib. Artıq İmmiqrasiya İdarəsi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında 709 Azərbaycan vətəndaşı da yer alıb. Həmin şəxslərin saxlanılaraq ölkəyə deportasiya ediləcəyi bildirilir.
Siyahıya, həmçinin 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub