ABŞ prezidenti Donald Tramp Bombardier CRJ700 sərnişin təyyarəsinin Ronald Reyqan hava limanı yaxınlığında hərbi helikopterlər toqquşmasına münasibət bildirib.
Mynews.az xəbər verir ki, Ağ Ev rəhbəri insidenti “dəhşətli bədbəxt hadisə” adlandırıb.Tramp bildirib ki, bu hadisədən qaçınmaq da olardı. Onun fikrincə hərbi helikopterin ekipajı gərək vaxtında kursu dəyişəydi.
Qeyd edək ki, Uiçito-Vaşinqton istiqamətində uçan PSA Airlines hava yolları şirkətinə aid Bombardier CRJ700 sərnişin təyyarəsi Reyqan aeroportunun uçuş-eniş zolağına eniş etməyə hazırlaşarkən Potomak çayı üzərində hərbi helikopterlə toqquşub.
Təyyarənin göyərtəsində 60 sərnişi və dörd ekipaj üzvü olub. Xilasedicilər hələ ki, sağ qalanları aşkarlamayıb, Potomoka çayında artıq azı 18 nəfərin meyiti çıxarılıb.
Xilasetmə əməliyyatlarında ümumilikdə 300-dən çox polis, yanğınsöndürən, tibb işçiləri və digər şəxslər səfərbər olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub