Türkiyənin tanınmış aktyoru və səsləndirmə ustası Sezai Altekin dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, 79 yaşında həyatla vidalaşan sənətkarın qəfil vəfatı sənət dünyasını dərin kədərə doğurub.
Sezai Altekin yalnız teatr və kinoda deyil, həmçinin səsləndirmə sahəsində də iz qoymuş sənətkarlardan biri idi. Onun unudulmaz səsi bir çox məşhur cizgi filmlərində müxtəlif obrazlara can verib. Xüsusilə "Şirin Baba", "Bugs Bunny" və "Barni Rubble" kimi ikonik personajların səsləndirilməsi ilə geniş tamaşaçı auditoriyasının yaddaşında qalıb.
Usta aktyorun sənət həyatı boyunca teatr səhnəsində də böyük nailiyyətləri olub. Müxtəlif tamaşalarda fərqli rollarda çıxış edərək teatrsevərlərin rəğbətini qazanıb. Onun səhnə təcrübəsi və yaratdığı rollar bu gün də gənc aktyorlar üçün ilham mənbəyidir.
Sənətkarın qəfil vəfatı ilə bağlı Türkiyə teatr və kino camiəsindən bir çox simalar başsağlığı mesajları yayımlayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub