Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Muğla vilayətində tənzimləyici orqanların yoxlamalarından sonra 100-ə yaxın hotel qanun pozuntularına görə bağlanıb və möhürlənib.
Mynews.az NTV telekanalına istinadla bildirir ki, 503 mehmanxana və qonaqlama obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Turizm Nazirliyinin yaydığı qərar əsasında Türkiyə hotellərində yoxlamalar aparılır.
Xatırladaq ki, yanvarın 21-də "Grand Kartal" hotelində baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub