Qəzzada İsraillə HƏMAS arasında gedən silahlı münaqişədə həlak olan anklav sakinlərinin sayı 61,709 nəfərə çatıb.
Mynews.az xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı Qəzza Hökumət İnformasiya İdarəsinə istinadən məlumat yayıb.
İtkin düşən və indiyə kimi aşkarlanmamış insanların da artıq ölülərin siyahısına daxil edildiyi bildirilir.
Qurumun rəsmisi keçirilən mətbuat konfransında həlak olan fələstinlilərin 76 faizinin meyitinin artıq aşkarlanaraq müvafiq tibb mərkəzlərinə təhvil verildiyini bildirib. Bununla belə 14,222 nəfərin nəşinin hələ də dağıntılar altında qaldığı güman edilir.
Qəzzanın Əl-Şifa Xəstəxanasının rəsmisi Salama Maruf jurnalistlərə bildirib ki, qurbanlardan 17,881 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar, 214 yeni doğulmuş körpələrdir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub