Rusiya hakimiyyətinin barələrində deportasiya rejimi tətbiq etdiyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə indi bank hesabı açmaq qadağan edilib.
Mynews.az xəbər verir ki, bu barədə “Praym” fevralın 5-dən qüvvəyə minmiş “Banklar və bank fəaliyyəti haqqında” qanuna dəyişikliklərə istinadən xəbər verir.
Göstərilən kateqoriyadan olan şəxslər üçün xüsusi reyestr yaradılacaq. Artıq kredit təşkilatlarına belə siyahıda olan şəxsin adı ilə bank hesabı açmaq və ya digər bank əməliyyatlarını həyata keçirmək qadağan edilib. Bununla belə, bəzi istisnalar var.
Məsələn, bu reyestrdən olan şəxslər qanunla müəyyən edilmiş icbari ödənişləri ödəmək üçün pul köçürmələri edə bilərlər. Bundan əlavə, onların hesablarına ayda 30 min rubldan çox pul köçürülə bilməz. Oxşar məhdudiyyət onlara nağd pulun verilməsinə də aiddir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub