Egey dənizində yüksək seysmik aktivlik səngimək bilmir. Yunanıstanın Amorqos və “Instagram adası” kimi tanınan Santorini adasında güclü yeraltı təkanlar və zəlzələ ötən gün də yerli sakinləri və turistləri təşvişdə saxlayıb.
Mynews.az xəbər verir ki, 2-3 gün ərzində davam edən zəlzələlərdən sonra Santorinini 11 mindən çox insan tərk edib.
Sonuncu güclü zəlzələ dünən yerli vaxtla 21:09-da yerin 5 km dərinliyində qeydə alınıb və 5.2 bal gücündə olub.
Hələlik adada ciddi dağıntılar barədə xəbər olmasa da, yerli ada rəhbərliyi ən pisinə hazırlaşır.
Əsas turizm hədəflərindən olan Santorini adasını hər il milyonlarla insan ziyarət edir, zəlzələ və yeraltı təkanlar bölgənin turizminə ağır zərbə vurub. Təxliyə olunanların çoxunun elə xarici turistlər olduğu deyilir.
Təhlükəsizlik tədbiri olaraq Santorini və qonşu Anafi, Paros, Naksos və Mikonos adalarında məktəblər cümə gününə kimi bağlanıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub