Hazırda həbsdə olan “ORO” (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi seçki bloku) üzvü, qondarma DQR-in keçmiş “müdafiə naziri” Samvel Babayanla bağlı yeni məlumatlar ortaya çıxıb.
S.Babayan Gürcüstandan qaçaq yolla Ermənistana “İqla” zenit-raket kompleksi gətirərək, Serj Sarkisyanın helikopterini partlatmağı planlaşdırmaqda ittiham olunur.
“Aykakan Jamanak” qəzeti yazır ki, Babayan və yoldaşları Serj Sarkisyana 27 martda sui-qəsd etməyi planlaşdırıblar: “Bu barədə siyasi kulislərdə söz-söhbətlər gəzir. Belə şaiyələr var ki, martın 27-də Babayan və yoldaşları Serj Sarkisyan və digər yüksək səviyyəli rəsmilərə qarşı sui-qəsd edəcəklərmiş. Bundan xəbər tutan hakimiyyət Babayanı həbs edib”.
İddialara görə, Babayanın həbsi ilə İrəvanda hakimiyyət çevrilişi baş tutmayıb.
Lakin qəzet öz mənbələrinə istinadən yazır ki, göstərilən tarixdə - martın 27-də Babayanın yoldaşları böyük hücuma hazırlaşırlar.
“Gözləniləndir ki, “Sasna Sner-2” baş versin. Lakin bu dəfə təkcə polis alayı binasının tutulması yox, bütün ölkə boyunca müxtəlif dövlət binaları ələ keçiriləcək və qiyam təşkil olunacaq. Bu haqda təxminən 10 gün öncə məlumat yayılmışdı. Mənbələr Babayanın tutulmasına baxmayaraq, planın hələ də gündəmdə qaldığını deyirlər”, - deyə qəzet qeyd edib.
Yoldaşları isə Babayanın haqsız həbs olunduğunu hesab edirlər. Müdafiə nazirinin keçmiş müavini, general-leytenant Qaqik Melkonyan Babayanın həbsinin siyasi motivlərlə bağlı olduğunu bildirib. O, hakimiyyətdən baş verənlərlə bağlı izahat tələb edib.
“Cinayət təqiblərinin başlanması gözləniləndir və istisna deyil ki, məni də həbs etsinlər. Lakin bu dəqiqdir ki, Babayan bu ölkənin vətəndaşıdır və ölkənin gələcəyinə görə narahat olur”, - deyə Melkonyan qeyd edib.
Keçmiş kəşfiyyatçı Vova Vartanov da Babayanın günahsız olduğunu hesab edir.
publika.az
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub