Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək.
Mynews.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb.
Söhbət Türkiyə Kosmik Agentliyinin (TKA) Aya gəmi göndərməsindən gedir. “AYAP-1” adlı kosmik gəmi gələn il Aya göndəriləcək.
Bu gündən etibarən “AYAP-1” çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri aparılır. Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi üçün danışıqlar davam edir.
“AYAP”ın ikinci mərhələsində aparatın milli daşıyıcı ilə kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə “AYAP-2” kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Qeyd edək ki, TKA rəhbəri Yusuf Kıraç daha əvvəl ölkəsinin kosmosda aparıcı aktorlardan biri olacağını bildirmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub