Cənubi Koreyanın Ulsan şəhərində “United Terminal Korea” şirkətinin zavodunda neft çəni partlayıb.
Mynews.az “Yonhap”a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Agentliyin məlumatına görə, yanğının söndürülməsinə 23 texnika cəlb edilib.
Partlayışın baş verdiyi “United Terminal Korea” şirkətinin zavodu Onsan sənaye kompleksinin ərazisində yerləşir. Müəssisə maye yüklərin saxlanması və daşınması üçün avadanlıq istehsalı ilə məşğul olur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub