Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib.
Mynews.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir.
Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 13 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 5,2 milyard dollarla Bolqarıstan, 4,8 milyard dollarla Yunanıstan, 3,2 milyard dollarla İran, 3,1 milyard dollarla Azərbaycan qərarlaşıb.
İxracda ən böyük illik artım 21,9 faizlə Bolqarıstana, 15,5 faizlə Yunanıstana və 10,1 faizlə Azərbaycana qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub