İsveçrənin paytaxtı Berndə PKK tərəfdarları tərəfindən təşkil edilən “Xeyr” (Türkiyədə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə qarşı çıxanlar –red.) mitinqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hədəf göstərilib.
Mynews.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, mitinqdə üzərində Ərdoğanın fotosu olan və “Kill Erdogan” (“Ərdoğanı öldürün!”) yazılan plakat qaldırılıb.
Fotoda yer alan tapança ilə isə Ərdoğanın başı nişan alınıb.
Federal parlament binasının qarşısında yerləşən Parlament Meydanında keçirilən mitinqə PKK ilə yanaşı, DHKP-C və YPG terror təşkilatları da qatılıb. Təxminən 250 nəfərin qatıldığı mitinqə İsveçrə Yaşıllar Partiyası dəstək verib.
Qeyd edək ki, İsveçrə ABŞ və Avropa İttifaqından fərqli olaraq PKK-nı terror təşkilatları siyahısına daxil etməyib.
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu mitinqin keçirilməsinə icazə verən İsveçrəyə sərt etirazını bildirib. İsveçrənin Ankaradakı səfirliyi isə Xarici İşlər Nazirliyi çağırılıb.
HadisəyəTürkiyə prezidentinin özü də reaksiya verib.
“Axı bu necə məntiq, necə anlayışdır? Terrorun ölkə ayrı-seçkiliyi etmədən dünyanın dörd bir tərəfində yol açdığı faciələri özümüz də görürük. Müsəlmanları təcrid etməyə hesablanan münasibətin sonu fəlakətdir. İrqçiliklə demokratiya bir-birinə uyğun gəlməz”, - Ərdoğan bildirib.


1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub