Texasdan olan tələbə Amber Katanna VanHecke, “Google Maps”ın səhvinə görə necə 119 saat səhrada qaldığını danışıb.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Amber öz avtomobili ilə Qrand Kanyonun cənubi hissəsindən Xavasu şəlalələrinə tərəf gedərkən baş verib. “Google Maps”, qıza, şossedən çıxıb torpaq yolla növbəti şosseyə çıxana kimi 64 km getməyi məsləhət görüb. Təyinat nöqtəsinə çatmamış, servis, realda olmayan yola dönməyi məsləhət görüb. Amber “Google Maps”in əvvəlcədən təyin etdiyi yol ilə getməyə davam edib. Bir müddətdən sonra o, servisin öncədən təyin etdiyi yola çıxa bilməyib. Qaranlığın düşməsi və GPS siqnalnın itməsi Amberi qorxudub. O, tez bir zamanda siqnalı yenidən tutub və şosseyə çıxıb. Ancaq bir qədər getdikdən sonra avtomobilindəki benzin ehtiyyatı tükənib. Səhrada tək başına qalan tələbə qız daşlardan istifadə edərək yerdə SOS və HELP sözlərini əks etdirib. Bundan əlavə ocaq yandıraraq diqqəti cəlb etməyə çalışıb. Lakin ocaq tez bir zamanda sönüb.
Sözügedən planların işə yaramadığını görən qız telefon siqnalını tutmaq üçün 17 km yol gedib. Nəticədə o, xilasetmə xidməti ilə əlaqə yarada bilib. Xilasetmə xidməti isə öz növbəsində onu vertolyot vasitəsilə xilas edib. Tələbə qız müayinə üçün xəstəxanaya yerləşdirilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub