Gecə saatlarında intensivliyi artan dumanla əlaqədar saat 03.10-dan etibarən Boğaziçi keçidləri hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Mynews.az türk mediasına istinadla xəbər verir ki, magistral yollara təsir edən duman səbəbindən bəzi yerlərdə görmə məsafəsi 4-5 metrə qədər enib. Avtomobillər də duman səbəbindən təhlükə işıqlarını yandıraraq irəliləməyə çalışıblar.
İstanbul Şəhər Xəttləri şəhərdəki əlverişsiz hava şəraiti səbəbindən bəzi bərə reyslərinin ləğv edildiyini açıqlayıb.
Bu səhər saat 07.00-da Beykoz-Eminönü Boğaziçi Xətti Xidməti 07.20 Rumelikavağı-Eminönü Xətti Xidməti, Küçüksu-İstinye, İstinye-Çubuklu Avtomobil Feribot Xətti, Aşiyan-Anadolu Hisarı-Küçüksu (Halqa) xətlərində növbəti xəbərdarlığa qədər xidmət olmayacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub