Qazaxıstanın Almatı şəhərində 2025-ci il fevralın 11-də “Green Recycle” tullantı emalı zavodunun ərazisində zibilləri çeşidləyən zaman qadının parçalanmış meyiti tapılıb.
Mynews.az yerli mediaya istinadla bildirir ki, ölən şəxsin 36 yaşı olub. İstintaq müəyyən edib ki, hadisə fevralın 9-da mikrorayonda baş verib. Kirayədə yaşadıqları evdə spirtli içki qəbul edərkən qadınla yoldaşı arasında mübahisə yaranıb. Nəticədə kişi qadına bir neçə bıçaq zərbəsi vurub, sonra isə meyiti hissələrə ayıraraq zibil qabına atıb.
Faktla bağlı cinayət işi açılıb.
“Şübhəli şəxs saxlanılaraq müvəqqəti saxlama təcridxanasına aparılıb, ilkin məlumatlara görə, həmin şəxs şərikini birlikdə spirtli içki qəbul edərkən mübahisə zəminində qətlə yetirib”, - deyə şəhər Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub