ABŞ-nin bəzi ştatlarında güclü yağışlar selə səbəb olub. Kentukki ştatında 13 nəfər həyatını itirib, bir çox insanın isə itkin düşdüyü bildirilir.
Mynews.az xəbər verir ki, CNN-in məlumatına görə, sel nəticəsində biri Qərbi Virciniyada, 11-i isə Kentukkidə olmaqla 12 nəfər ölüb. Corciya ştatında isə güclü külək səbəbindən bir ağacın evin üzərinə aşması nəticəsində bir nəfər dünyasını dəyişib.
Qərbi Virciniya qubernatoru Patrik Morrisi selin nəticəsində bir çox insanın itkin düşdüyünü açıqlayıb.
Kentukki qubernatoru Endi Beşir isə fəlakət zamanı 1000-dən çox insanın xilas edildiyini bildirib.
Qeyd edək ki, həftə sonu ABŞ-də güclü yağışlar nəticəsində bir neçə ştatda sel baş verib. Yağış, külək və sel səbəbindən Nyu-Yorkdan Alabamaya qədər ən azı 700 min ev və iş yeri elektrik enerjisiz qalıb.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub