İspaniyanın Las Palmas əyalətində keçmiş polis 2020-ci ildə arvadını öldürdüyünü və onu kiçik parçalara ayırdığını etiraf edib.
Mynews.az xarici mediaya istinadla bildirir ki, fevralın 11-də 70 yaşlı Migel Qaleqo Pousad həyat yoldaşının itkin düşməsi ilə bağlı növbəti dindirməyə çağırılıb. Dindirilmə zamanı kişi müstəntiqlərə 2020-ci ilin martında arvadı ilə şiddətli dava etdiyini deyib.
Onun sözlərinə görə, aralarındakı mübahisə davaya çevrilib, qadın yıxılaraq başı döşəməyə dəyib. Bundan sonra özünə gəlməyib, ona görə də kişi cəsəddən qurtulmağa çalışıb. O, qalıqları xırda-xırda doğrayaraq çantalara yığıb.
Bir neçə gündən sonra keçmiş polis paketləri kürək çantasına qoyub Qran Kanariya adasının müxtəlif yerlərinə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sümüklərin bir hissəsini ticarət mərkəzlərindən birinin yaxınlığında aşkar ediblər.
Polisin həyat yoldaşının 59 yaşı olub və aşpaz işləyirmiş. Onların iki qızı var idi. Qadın əvvəllər məişət zorakılığı halları barədə şikayət etməyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub