Konqresdə BMT-dən çıxmaq haqqında qanun layihəsi təqdim edilib
ABŞ qanunvericiləri ölkənin BMT-dən çıxması prosesinə başlayıb. Respublikaçılar Konqresə Vaşinqtonun təşkilata üzvlüyünü və onun maliyyələşdirilməsini dayandırmaq üçün qanun layihəsi təqdim ediblər. “Prezident Birləşmiş Millətlər Təşkilatında və Birləşmiş Millətlər Təşkilatına rəsmi bağlı olan bütün orqanlarda, ixtisaslaşmış qurumlarda, komissiyalarda və hər hansı digər orqanlarda Birləşmiş Ştatların üzvlüyünə xitam verir”, - sənəddə deyilir.
Qanun layihəsində Senatın təsdiqi olmadan təşkilata yenidən qoşulmağın qadağan edilməsi də nəzərdə tutulur. Bundan əlavə, qanun qəbul olunarsa, Birləşmiş Ştatlar BMT-nin sülhməramlı missiyalarında iştirak etməyəcək.
Qanun layihəsinin müəlliflərindən biri, Yuta senatoru Mayk Li bu təşəbbüsü Fox News-a şərh edib: “BMT tiranların platformasına, ABŞ və onun müttəfiqlərinə hücum yerinə çevrilib”.
Donald Tramp vəzifəyə gəldikdən sonra ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxarılması barədə sərəncam imzalayıb. ABŞ prezidenti həmçinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) gələcək maliyyələşdirilməsini dayandırıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub