İngiltərədə bir qız nadir xəstəlik səbəbindən gözləri olmadan doğulub.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, O'Sullivan ailəsinin əkiz qızları dünyaya gəlib. Hər iki körpənin sağlam olduğunu bildirən həkim onları evə buraxıb.
Lakin çox keçməyib ki, ana əkizlərdən birinin gözlərini heç açmadığının fərqinə varıb. Həkimlər qızlardan birində nadir bir xəstəlik - ikitərəfli anoftalmiya aşkar ediblər. Gözsüz bir uşağın doğulduğu bu vəziyyət hər 100.000 körpədən birində olur.
Məlumata görə, qız üçün artıq konformerlər hazırlanır (Göz yuvalarının normal forma və ölçüdə inkişafına kömək edəcək xüsusi plastik qabıqlar, - red.). Gələcəkdə onlar protezlə əvəz olunacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub