Vaşinqtonda nazirliyin binasına edilən kiberhücum bütün ABŞ-ı şoka salıb. ABŞ prezidenti Donald Trampın texnologiya milyarderi İlon Maskın yalın ayaqlarını öpməsi və masaj etməsinin saxta videosu ekranlarda nümayiş etdirilib. Videoya 6,4 milyon dəfədən çox baxılıb.
ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamentinin ekranları sındırılıb. Daha sonra ekranlarda ABŞ prezidenti Donald Trampın süni intellekt tərəfindən yaradılmış dünyanın ən zəngin adamı İlon Maskın ayaqlarını öpdüyü video nümayiş etdirilib.
Hücum Tramp administrasiyasının ölkənin mənzil idarəsində federal işçilərin yarısını ixtisar etməyi təklif etməsindən sonra baş verib. Trampın Maskın çılpaq ayaq barmaqlarını öpdüyü və ayaqlarına masaj etdiyi saxta videoda süni intellektlə yaradılmış görüntünün üzərinə “Yaşasın əsl kral” sözləri yazılıb.
Video qısa zamanda izlənmə rekordu qırıb. Sosial şəbəkələrdəki paylaşımlara saatlar ərzində ümumilikdə 6,4 milyon dəfədən çox baxılıb. Maskın "əsl kral" kimi təsvir olunduğu süni intellekt videosu, keçən həftə Truth Social-da yazdığı yazıda Trampın özünü "kral" elan etdiyi statusuna istinad ola bilər.
Hücumun arxasında kimin olduğu məlum deyil.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub