Papa Fransisk fevralın 14-dən xəstəxanadadır. Həkimlərin gələcəklə bağlı proqnozları ehtiyatlıdır. İkiqat pnevmoniya ilə mübarizə aparan Papa Fransiskin vəziyyəti ağır, lakin stabil olaraq qalır. Bu barədə Vatican News məlumat yayıb.
Papa Fransiskin xəstəxanaya yerləşdirilməsinin on birinci gününə olan səhhətinin vəziyyəti barədə məlumat verən Müqəddəs Taxt-Tacın mətbuat xidməti onun vəziyyətinin ağır olaraq qaldığını qeyd edib. Həkimlərin gələcəklə bağlı proqnozları ehtiyatlıdır. "Papanın vəziyyəti kritik, lakin stabil olaraq qalır. Kəskin tənəffüs tutmalarının təkrarlanan epizodları olmayıb. Proqnoz ehtiyatla qorunub saxlanılır", - bəyanatda deyilir.
Vatikan həmçinin əlavə edib ki, Papa Fransisk işə qayıdıb.
Xatırladaq ki, 88 yaşlı Papa Fransisk fevralın 14-dən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanadadır;
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub