Rusiyada qadın 5 yaşlı qızı aclıqdan öldürüb.
Mynews.az yerli mediaya istinadla bildirir ki, hadisə Petropavlovsk-Kamçatski şəhərinin Akademik Kurçatov küçəsində baş verib.
Məlumata görə, qadın uşağın qəyyumudur və onun anadangəlmə xəstəliyi olduğunu bilib. O, ötən ilin martından bu ilin yanvarına kimi yaşadıqları evdə uşağı qidalanmadan məhrum edib.
Qadın qızın bədəninin tükənməsi əlamətlərinə məhəl qoymayıb, həmçinin tibbi tövsiyələrə əməl etməyib. Bu isə kaxeksiyaya və pnevmoniyaya səbəb olub. Nəticədə uşaq xəstəxanada ölüb.
Hazırda qadına qarşı “Azyaşlının son dərəcə amansızlıqla qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq, həbs edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub