Çinin Ali Xalq Prokurorluğu 61 yaşlı Yu Huayinqə qarşı ölüm hökmünü icra etdiyini bildirib. Qadının digərləri ilə birlikdə 17 uşağı qaçıraraq satdığı qeyd olunur.
Mynews.az xarici mediaya istinadla bildirir ki, çinli qadın 2024-cü ilin oktyabrında Quizhou əyalətinin məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.
Prokurorluq qeyd edib ki, edam hökmü Quiyanq şəhər Aralıq Məhkəməsi tərəfindən ittihamın Ali Xalq Məhkəməsi tərəfindən təsdiqlənməsindən sonra həyata keçirilib.
Xatırladaq ki, daha əvvəl Çinin Sinxua agentliyi xəbər vermişdi ki, məhkəmə iclasları zamanı Yu Huayinq 1993-2003-cü illərdə Yunnan və Quizhou əyalətlərindən, həmçinin Çonqin şəhərindən 17 uşağı qaçırdığı müəyyən edilib. O, digər cinayətkarlarla birlikdə qaçırılan uşaqları Hebey əyalətində satıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub