Rusiyanın Krasnoyarsk diyarında ana 3 yaşlı qızını xüsusi amansızlıqla öldürüb.
Mynews.az yerli mediaya istinadla bildirir ki, hadisə Kuraqinski rayonunda baş verib.
Vilayətin İstintaq Komitəsindən deyilib ki, qadın xüsusi amansızlıqla azyaşlı uşağı öldürməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə məhkum 22 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək.
Qeyd olunur ki, məhkumun 34 yaşı var və o, əri ilə birlikdə üç, altı və səkkiz yaşlı üç qız övladı böyüdüb. İş materiallarına görə, qadın ərinin xəyanətindən ötən yay xəbər tutub və ondan qisas almaq qərarına gəlib. Spirtli içki içən qadın balta ilə 3 yaşlı qızını öldürüb.
Məlumata əsasən, ana bu cinayəti ilə dayanmayıb. O, digər qızlarına da hücum edib. Lakin anası tərəfindən bıçaqla yaralanan böyük qızı həkimlər xilas edib. Ortancıl körpə isə xəsarət almayıb. Prokurorluq qatil anaya daha da böyük cəza, 24 il azadlıqdan mərhumetmə tələb edib. Səbəbi isə onun törətdiyi cinayətdən peşman olmamasıdır. Prokurorluq qeyd edir ki, qadın cinayətdən sonra heç nə olmamış kimi dostları ilə əylənib. Məhkumda psixi pozuntu aşkar edilməyib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub