Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.
Mynews.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən məhkəmə prosesinin ilk iclasında şok görüntülər yayımlanıb.
Keçmiş futbolçunun vəkili məhkəmədə ölüm faktı ilə bağlı detalları açıqlayıb. O, Maradonanın ölümündən dərhal sonra çəkildiyi fotonu nümayiş etdirib: "Baxın, cənab Dieqo belə öldü. İttiham olunanlar arasında "Maradonaya nə olduğunu bilmirik" deyənlərin hamısı yalan danışır. Vəziyyət tam aydın görünür".

Vəkil fotonu göstərən zaman Maradonaın qızları Dalma və Gianna göz yaşlarına boğulub. Məhkəmə binasının ətrfına toplaşan fanatlar isə cinayətkarlara ən ağır cəza verilməsini tələb ediblər.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında Buenos-Ayresdəki fərdi yaşayış evində dünyasını dəyişib. Əfsanəvi futbolçunun dəfnindən sonra onun yaxınları və dostları həkimləri səhlənkarlıqda ittiham edərək, onlara qarşı idda qaldırıb. Ölüm faktı ilə bağlı 8 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onların günahı sübuta yetirilərsə, 25 illik həbs cəzasının veriləcəyi gözlənilir.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub