Hindistanlı qadın doğum evinə girərək başqasının körpəsini oğurlamağa çalışıb.
Mynews.az xarici mediaya istinadla bildirir ki, 35 yaşlı Sandhiyarani Mohanta adlı qadın, Odişa ştatının Baripada şəhərindəki xəstəxana ərazisinə daxil olub. Doğum şöbəsini tapıb, sonra isə doğuş zamanı olan qadınlardan birinin palatasına girib.
Orada yeni doğulmuş uşağı götürüb və yeni doğum edən ana tualetdə olarkən körpə ilə birlikdə dəhlizə çıxıb. Mohantanın uşaq oğurladığını tez anlayan xəstəxana işçiləri onu saxlayıblar.
Qadından körpə oğlanı verməsi tələb olunanda, o, imtina edib. Xəstəxananın foyesində dava düşüb. Tibb işçiləri polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı Mohantadan götürərək anasına təhvil veriblər.
Dindirilmə zamanı məlum olub ki, qadın başqasının körpəsini qaçırmaq üçün öz kəndindən şəhərə 30 kilometr piyada gəlib. Üstəlik, Mohantanın iki övladı var. Polis onun körpəni satmaq üçün oğurladığını ehtimal edir. Qadın həbs edilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
562 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
551 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
526 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
526 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
524 dəfə oxunub