USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu - "Saatlarla ağlamışam"

08:58 17.03.2025
Hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu  - "Saatlarla ağlamışam"
08:58 17.03.2025

Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin baqaj bölməsində unudulan yer xidmətləri işçisi Ali Çelikten, 11 min metr yüksəklikdə, -25 dərəcə temperaturda sağ qalmaq üçün mübarizə aparıb.

Təxminən 1 saat havada qalan Çelikten, təyyarənin İzmir Adnan Menderes Hava Limanına təcili eniş etməsindən sonra xilas edilib.

Hadisə 15 dekabr 2024-cü il gecəsi İstanbul Hava Limanında baş verib. THY-nin İstanbul-Atina reysinə hazırlaşan təyyarənin baqaj yükləmə prosesi zamanı yer xidmətləri işçisi Ali Çelikten komanda yoldaşları ilə birlikdə işləyib. Lakin yükləmə tamamlandıqdan sonra heyət baqaj qapılarını bağlayıb və Çelikten təyyarənin yük bölməsində kilidli qalıb.

Mühərriklərin səsi səbəbindən səsi eşidilməyən Çelikten, təyyarə hərəkətə keçəndə donmamaq üçün baqajlar arasında gizlənərək sağ qalmağa çalışıb.

Təyyarə qalxdıqdan qısa müddət sonra, iş yoldaşları Ali Çeliktenin yoxa çıxdığını başa düşüb. Əvvəlcə onun tualetə getdiyini düşünsələr də, uzun müddət geri qayıtmadıqda narahat olub təhlükəsizlik kameralarına baxıblar. Görüntülərdən məlum olub ki, Çelikten təyyarənin yük bölməsində bağlı qalıb.

Vəziyyət dərhal nəzarət qülləsinə bildirilib və pilot məlumatlandırılıb. Təyyarə Egey dənizi üzərindən Yunanıstan hava sahəsinə girdiyi vaxt geri dönmək qərara alınıb.

Təxminən 1 saatlıq uçuşdan sonra təyyarə İzmir Adnan Menderes Hava Limanına yönləndirilib və təcili eniş edib. 

Soyuqdan Çeliktenin hər iki ayağına 3,5 saatlıq tibbi müdaxilə edilib və qismən funksiyasını bərpa edib.

Ali Çelikten: "Saatlarla ağlamışam"

"Bağlı, soyuğa davamlı olmayan və havasız (sözdə içəriyə hava verildiyi iddia edilən) bir yerdə qalmışdım. Orada saatlarla ağlamışam. İndi psixoloji dərmanlar istifadə edirəm. İşsizəm. Xəstəxanadan xəstəxanaya gedirəm. Şikayətlərimi həkimlərə başa salmağa çalışıram."

Qəzadan sağ çıxan gənc işçinin beyin sarsıntısı keçirdiyi və aparılan nevroloji müayinələrdə beyin damarlarında daralma olduğu müəyyən edilib. O, hazırda psixoloji dəstək alır.


Xəbər lenti