Girdikləri mənzildən seyf oğurlayan 3 şübhəli yaxalanıb.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Y.E. (21), N.S. (20) və B.B. (22) adlı 3 qadın öncə bloka girib sonra isə qapısı açıq qalmış mənzilə daxil olublar. Şübhəlilər evdə tapdıqları seyfi yataq örtüsünə bükərək oğurlayıblar.
Hadisə yerindən çıxışı təhlükəsizlik kamerasına düşən şübhəlilər yolda tutduqları taksiyə minərək hadisə yerindən qaçıblar.
Yoxlama edən polis qrupları şübhəli gördükləri taksini dayandırıb. Taksiyə baxış zamanı baqajda örtüyə bükülmüş polad seyf diqqət çəkib. Sorğu-sual zamanı şübhəlilərin ümumilikdə 158 cinayət qeydinin olduğu və hamilə olduqları məlum olub.
Seyfin içərisindən təxminən 1 milyon lirə (təx: 47 min manat) dəyərində qızıl-zinət əşyaları ələ keçirilib. Şübhəli Y.E., N.Ş. və B.B. Polis bölməsindəki prosedurlardan sonra məhkəmə tərəfindən "ev oğurluğu" maddəsi ilə həbs edilərək həbsxanaya göndərilib.
Həmin cinayətin videosunu tqədim edirik:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub