Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatının iftarında açıqlamalar verib.
Mynews.az xəbər verir ki, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan "Korrupsiya" və "Terror" istintaqı ilə bağlı CHP-ni sərt sözlərlə tənqid edib.
"CHP yayılan çirkinliyə cavab verə bilməz. Cənab Özəl, indi kimin kürəyindən bıçaqlayacaqsan? Biz ayrılıqları alovlandıran və qütbləşməni dərinləşdirən tərəfdə deyil, qucaqlaşma, sevgi və qardaşlığı tərənnüm edən tərəfdə dayanacağıq. Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik. Bizim bələdiyyələr korrupsiyanın tərəfində olmayacaq. Bələdiyyələrimiz haqsızlığın tərəfində olmayacaq. Nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək", - deyə Türkiyə lideri ifadə edib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özeldir (2023-cü ildən bəri).
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub