Rusiyada kütləvi aksiyalar başladı - CANLI YAYIM - VİDEO

Müxalifət fəalı Aleksandr Navalny etiraz aksiyasında saxlanılıb
Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. Müxalifət fəalı Aleksandr Navalny Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb. Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.
Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.
Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb. Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.
Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.
Azadlıq Radiosu
Loading...
Dünya
- “Hücuma keçirik” - İsrailin müdafiə naziri
- İsrail ordusu gecə ərzində HƏMAS və "İslami cihad"ın 500-dən çox hədəfini məhv edib
- Arayik Harutyunyanın həbs olunma anı
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO
- Ukraynada azərbaycanlılar HƏLAK OLDU - Ruslar tankla üstlərindən KEÇİB + ADLAR
- "Bez Bebek" serialının aktyoru vəfat etdi - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək 1103 dəfə oxunub
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək 1089 dəfə oxunub
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib 1087 dəfə oxunub
loading...