Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.
Mynews.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.
Bundan əvvəl 1 002 nəfərin öldüyü, 2 376 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da 5,2 maqnituda gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub