İndoneziyanın Bali şəhərindən Avstraliyanın Melburn şəhərinə uçan sərnişin təyyarəsində həyəcanlı anlar yaşanıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, uçuş zamanı bir sərnişin təyyarənin qapısını açmağa cəhd edib. Bundan sonra təyyarə geri dönmək məcburiyyətində qalıb.
Aviaşirkətin açıqlamasında bildirilir ki, bazar ertəsi, martın 31-i gecə saatlarında baş verən insidentdə təyyarədə olan bir sərnişin Hind okeanı üzərində seyr edərkən təyyarənin qapısını zorla açmağa cəhd edib və ekipaj üzvlərinə qarşı aqressiv davranıb.
Uçuş heyəti cəld müdaxilə edib və pilot təhlükəsizlik səbəbi ilə Baliyə qayıtmaq qərarı verib. Eniş etdikdən sonra sərnişin yerli təhlükəsizlik qüvvələri tərəfindən təyyarədən çıxarılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub