7 nəfərin ölümünə səbəb olan saxta həkim həbs olunub.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın əyalət polisi 7 nəfərin ölümündən sonra başladılan istintaqla bağlı verdiyi açıqlamada Narendra Con Camm kimi tanınan "həkim"in lazımi sənədləri təqdim etmədiyi üçün şübhəli olması ilə bağlı şikayət edildiyini bildirib.
"Saxta həkim”in əsl adının Narendra Vikramaditya Yadav olduğunu bildirən polis bu şəxsi saxladıqlarını qeyd edib.
Polis Yadavın "saxta tibbi arayış və sənədləri hazırlamaqda və bu sənədlərdən başqalarına zərər vermək və ya aldatmaq üçün istifadə etməkdə” ittiham edildiyini bildirib.
Digər tərəfdən, Chhattisgarh əyalətinin keçmiş müşaviri Rajendra Prasad Şuklanın oğlu Pradeep Shukla atasının da 2006-cı ildə Yadav tərəfindən əməliyyat olunduğunu və daha sonra öldüyünü iddia edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub