Çeçen polisi öldürən yeniyetmənin cəsədi Açxoy-Martan meydanında nümayiş etdirilib. Sakinlərin 17 yaşlı Eskerxan Xumaşevin cənazəsi önünə toplaşdığını Çeçenistanın NIYSO Telegram kanalı yayıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası FSB ilə birlikdə bunun arxasında duranların valideynlərini və qardaşlarını respublika ərazisindən çıxarmalıdır. "Onların əmlakı müsadirə edilməlidir. Bundan sonra onları maliyyələşdirən Ukrayna üçün işini dayandırmasalar, o zaman digər qohumları da qovulmalıdır. Eyni şey yol polisi postuna hücum edənə də aiddir", - Kreml rejiminin nümayəndəsi bildirib.
Kadırov bildirib ki, hücum edən şəxs hücum zamanı öldürülüb və onun hərəkətlərinə “Türkiyədə olan” və “Ukrayna vətəndaşı” olduğu iddia edilən şəxslər nəzarət edir.
Polisə hücum aprelin 7-də baş verib. İki polis əməkdaşına bıçaqla basqın nəticəsində onlardan biri xəstəxanada ölüb.
Daha sonra NİYSO meyitin hələ də Açxoy-Martandakı meydanın ortasında olduğunu yazıb. Videoda avtomobillərin meyitin ətrafında hərəkəti əks olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub