Avropa İttifaqı vətəndaşlarının saxlanmasına görə yeddi İran fiziki və iki qurumuna qarşı sanksiyalar razılaşdırılıb.
Avropa İttifaqının xarici işlər nazirləri aprelin 14-də Aİ vətəndaşlarının saxlanmasına görə İrana qarşı sanksiyalar tətbiq ediblər. Bu barədə Reuters xəbər verir.
Qeyd olunur ki, sanksiyalar Brüsselin dövlət tərəfindən dəstəklənən girov götürmə siyasəti adlandıran Aİ vətəndaşlarının saxlanması səbəbindən İranın yeddi fiziki və iki qurumuna qarşı razılaşdırılıb.
Sanksiya siyahısına Tehranın Evin həbsxanasının direktoru, həmçinin bir neçə hakim və digər ədliyyə rəsmiləri daxil edilib. Şiraz şəhərinin əsas həbsxanası da sanksiyaya məruz qalan təşkilatlar arasında idi.
Xatırladaq ki, ötən ilin dekabrında Tehran polisi gündəlik “İl Foglio” qəzetinin İrandan reportaj hazırlayan italyan jurnalisti Sesiliya Salanı həbs etmişdi.
Daha sonra İtaliyanın jurnalistin azad edilməsini təmin etdiyi bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub