Bütün mühakimə olunanlardan 6838 nəfər həbs cəzası alıb ki, bu da son 14 ildə ən yüksək göstəricidir
2024-cü ildə Rusiya qarnizonu hərbi məhkəmələri cinayət işlərində 13 699 nəfəri mühakimə edib. Bu, ən azı 2010-cu ildən bəri rekord göstəricidir. Bu barədə Mynews.az Ali Məhkəmənin məhkəmə departamentinin məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bütün mühakimə olunanlardan 6838 nəfər həbs cəzası alıb ki, bu da son 14 ildə ən yüksək göstəricidir. Bir il əvvəl məhkəmələr 3021 hərbi qulluqçunu cəzalarını həbsxanada çəkməyə göndəriblər.
Rəsmi statistikaya görə, Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri Rusiya hərbçilərinə qarşı cinayət mühakimələrinin sayı artır.
2022-ci ildə 4191, 2023-cü ildə isə 7779 hərbçi cəzalandırılıb.
2024-cü ildə məhkumların sayı illik müqayisədə 76% artıb. Bundan əvvəl cinayət işi üzrə məhkum olunan hərbi qulluqçuların sayı ən çox 2010-cu ildə 8632, ən aşağısı isə 2020-ci ildə 3351 olub.
Həmçinin, mövcud statistika göstərir ki, 2024-cü ildə rekord sayda hərbi qulluqçu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələrlə məhkum edilib. Ötən il ümumilikdə 774 belə hökm çıxarılıb. Bundan əvvəl, narkotiklərlə əlaqəli cinayətlərə görə hərbi qulluqçulara ən çox cəza 2015-ci ildə qarnizon məhkəmələri tərəfindən verilmişdir - 560.
Xatırladaq ki, Rusiyada qatil Ukraynada üç ay “istirahət"dən sonra vətənə qayıdıb.