Hindistan Pakistan vətəndaşları üçün viza xidmətlərini dayandırır.
Bu barədə Hindistan XİN məlumat yayıb.
Bildirilib ki, bütün mövcud vizalar ləğv edilib, tibbi vizalar isə yalnız aprelin 29-dək qüvvədə olacaq.
Hindistan eyni zamanda, öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb.
Pakistan isə üçüncü ölkələr vasitəsilə daşınan mallar da daxil olmaqla, Hindistanla bütün ticarəti dərhal dayandırdığını elan edib. Bildirilib ki, Pakistan Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq barədə bəyanatını rədd edir: "Aşağı sahil suları üzərində hüquqlarını pozmağa yönəlmiş istənilən cəhd müharibə aktı hesab olunacaq”.
Pakistan sülhə sadiq qalacağını bildirib.
Bundan əlavə, Pakistan hava məkanını Hindistana məxsus bütün aviaşirkətlər üçün dərhal bağladığını elan edib.
Qeyd edək ki, Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb, 17 nəfər ölüb.
Hindistan hücuma görə Pakistanı günahlandırıb və cavab olaraq Hind Suları Müqaviləsini dayandırıb, İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını iki dəfə azaldıb və sərhədləri bağlayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub