Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Tayland polisinin verdiyi açıqlamaya görə, Prachuab Kiri Xan əyalətinin Hua Hin rayonunda kiçik bir polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb.
Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin hava limanı yaxınlığında dənizə düşüb.
Qəzada təyyarədə olan 6 polis əməkdaşı həyatını itirib, hadisə ilə bağlı araşdırma başlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub