İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.
Mynews.az-ın "Report”a istinadən məlumatına görə, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə deyib.
Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb.
İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.
Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 1 205-dən çox insan yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub