Gürcüstanın Qori şəhərində güllələnən kişi xəstəxanada vəfat edib.
Mynews.az Teleqraf-a istinadla xəbər verir ki, o, təcili əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Yerli medianın məlumatına əsasən, həmin şəxs Davit Tsatsiaşvilidir. Hadisə yerində dünyasını dəyişmiş şəxs isə onun oğlu Giorgi Tsatsiaşvilidir.
Ata və oğlu Qoridə mağaza sahibləri olublar.
Faktla bağlı saxlanılan şəxs Serqo Axalkatsidir. O da mağaza sahibi olub. Qanlı hadisəyə tərəflər arasında bizneslə bağlı mübahisənin səbəb olduğu bildirilir.
***
Gürcüstanın Qori şəhərində ticarət mərkəzlərinin birində ata və oğul güllələnib.
Bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində kişi yaralanıb, oğlu isə hadisə yerində ölüb.
Şahidlərin sözlərinə görə, atəş səsləri mübahisədən sonra eşidilib.
Faktla bağlı istintaq tədbirlərinə başlanılıb. Şübhəli şəxsin “isti izlər”lə saxlanıldığı bildirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub