ABŞ Prezidenti Donald Tramp 8 may tarixinin İkinci Dünya müharibəsinin sona çatması münasibətilə “Qələbə Günü” kimi qeyd olunması barədə qərar verdiyini açıqlayıb.
Mynews.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.
O, ABŞ-nin həm Birinci, həm də İkinci Dünya müharibəsindəki rolunu vurğulayaraq, bu müharibələrin qazanılmasında ölkəsinin digər dövlətlərdən daha çox şey etdiyini bildirib.
Tramp açıqlamasında, “Qələbələrimizi yenidən qeyd etməyə başlayacağıq”, – deyə bildirib və əlavə edib ki, 8 may İkinci Dünya müharibəsində, 11 noyabr isə Birinci Dünya müharibəsində “Qələbə Günü” kimi qeyd ediləcək.
“Biz hər iki müharibəni qazandıq. Güc və cəsarət baxımından bizə yaxın heç kim yox idi. Lakin artıq heç nəyi qeyd etmirik. Çünki bunu necə edəcəyini bilən liderlərimiz yoxdur”, – deyə Tramp qeyd edib.
Hazırda ABŞ-də 11 noyabr “Veteranlar Günü” kimi qeyd olunur. Ağ Ev isə hələlik Trampın bu təşəbbüsü ilə bağlı rəsmi mövqe bildirməyib.
Qeyd edək ki, 1945-ci ilin 8 may tarixində nasist Almaniyası İkinci Dünya müharibəsində şərtsiz təslim olma aktını imzalayaraq Avropada müharibəyə son qoymuşdu.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub