Gürcüstanda fəaliyyət göstərən müxalif “Mtavari Arxi” telekanalı maliyyə çətinlikləri səbəbilə yayımını dayandırıb.
Mynews.az xəbər verir ki, bu barədə telekanalın rəsmi bəyanatında bildirilir.
“Biz qeyri-mümkün olana belə dözdük. Təəssüf ki, Gürcüstan tarixində tez-tez təkrarlandığı kimi, qalamızı xarici düşmən yox, daxildən birisi dağıtdı. Bizə bir zamanlar bu möhkəm divarların tikilməsində yardım edən şəxs, şəxsi maraqları və ya intiqam hissi naminə “Mtavari Arxi”nin bağlanmasına səbəb oldu”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, telekanal 5 il 8 ay fəaliyyət göstərib və bu müddətdə bir çox çətinliklərlə üzləşib. Yayımın dayandırılmasından sonra yalnız “Mtavari Arxi”nin rəqəmsal departamenti fəaliyyət göstərəcək – sosial şəbəkə hesabları və telekanalın rəsmi saytı yenilənməyə davam edəcək.
Hazırda telekanalı açan zaman ekranda belə bir yazı görünür: “Bura “Mtavari Arxi” idi. Bizə baxdığınız üçün təşəkkür edirik. Siz – əsas olanlarsınız (gürcücə “mtavari” – əsas deməkdir)”.
2024-cü ilin dekabrında “Mtavari Arxi”nin baş direktoru Georgi Qabuniya bəyan edib ki, telekanalın sahiblərindən biri, iş adamı Zaza Okuaşvili onu bağlamaq qərarına gəlib. Qabuniya Okuaşvilini iqtidarda olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının maraqlarına xidmət etməkdə ittiham edib. Fevral ayının ortalarında telekanal maliyyə böhranı səbəbindən bir sıra proqramların, o cümlədən xəbər buraxılışlarının canlı yayımını dayandırıb.
Qeyd edək ki, “Mtavari Arxi” 2019-cu ildə hazırda müxalifətdə olan siyasətçi Nika Qvaramiya tərəfindən təsis edilib. Qvaramiya bundan əvvəl “Rustavi 2” telekanalına rəhbərlik edib. Məhkəmə çəkişmələrindən sonra “Rustavi 2” digər sahiblərin əlinə keçib və müxalif mövqeyini itirib. Bundan sonra Qvaramiya jurnalist komandası ilə birlikdə “Mtavari Arxi”ni quraraq hakimiyyətə qarşı yönəlmiş redaksiya siyasətini davam etdirib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub