Pakistanın Federal İnformasiya Naziri Ata Tarar bildirib ki, Hindistana məxsus 5 təyyarə və bir dron vurulub. Pakistan ordusu düşmənin nəzarət-buraxılış məntəqələrini də məhv edib. Hindistan ağ bayraq qaldıraraq məğlubiyyətini qəbul edib.
Mynews.az dailypakistan-a istinadən xəbər verir ki, Ata Tararın sözlərinə görə, Hindistanın ağ bayraq qaldırması eyni zamanda Hindistan mediasının da məğlubiyyətidir. O bildirib ki, Hindistan həmişə araşdırmalardan yayınmağa çalışıb, bu gün isə qisas almağa gəlib və sonra geri çəkilib.
Nazir əlavə edib ki, Hindistanın hücumu nəticəsində nə qədər zərər dəydiyi barədə məlumatlar bir qədər sonra açıqlanacaq.
O qeyd edib ki, bu gün Pakistanın yerli və beynəlxalq media nümayəndələri ilə birlikdə Muridke və Bahavalpur şəhərlərinə səfər etməli idilər, lakin qorxaq düşmən hücumu nəticəsində məscidlərə, qadınlara və uşaqlara ziyan dəyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub