Cənubi Amerika ölkəsi Çilidə təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin həyatını itirdiyi açıqlanıb.
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bölgə nümayəndəsi Qonsalo Duran jurnalistlərə açıqlamasında bildirib ki, paytaxt Santyaqoya yaxın Curacavi şəhərinin dağlıq ərazisinə düşən təyyarənin qalıqlarını tapmaq mümkün olub.
Qəza nəticəsində təyyarədə olan pilot, ikinci pilot, həkim, tibb bacısı, pasiyent və onu müşayiət edən şəxs olmaqla, ümumilikdə 6 nəfərin həyatını itirdiyi bildirilib. Duran bu faciənin böyük kədər doğurduğunu qeyd edib.
Çili Prezidenti Qabriel Boric də "X" sosial şəbəkəsindəki paylaşımında hadisə ilə bağlı başsağlığı verib:
"Curacavi bölgəsində baş vermiş faciəvi təyyarə qəzasında həyatını itirən 6 nəfərin ailələrinə ən dərin hüznlə başsağlığı verir, onlara sevgilərimi çatdırıram", – deyə Boric bildirib.
O əlavə edib: "Bu ağrılı itkidən sonra itkinlərin müəyyənləşdirilməsi və hadisənin təsirlərinin minimuma endirilməsi üçün səylə çalışan dövlət qurumlarına da səmimi təşəkkürümü bildirirəm. Bu çətin günlərdə həlak olanların yaxınlarının kədərinə ortaq olur, həmrəyliyin vacibliyini bir daha vurğulayıram."
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub