Martın 22-də Londonda terror aktı törədən Xalid Məsudun 18 yaşlı qızının şəkli KİV-də yayılıb.
Mynews.az “Posta”ya istinadən verdiyi məlumata görə, gənc qızın adı Tiqan Harveydir.
Daha sonra müsəlman olan terrorçunun əsl adı isə Endryu Rasseldir.
Qərb mətbatı T. Harveyin Avropanın həyat tərzinə uyğun yaşadığını, atasının istəklərinə qarşı çıxdığını, bacısı Endinin isə atası ilə eyni görüşlərə sahib olduğunu yazıb.
KİV-in məlumatına görə, X. Məsud qızlarının anası Jane Harveylə 1991-ci ildə tanış olaraq onun təbiət qoynunda yerləşən milyon dollarlıq evinə köçüb. O, 2002-ci ildə J. Harveylə ayrıldıqdan sonra bir nəfəri bıçaqlayaraq həbsə düşüb.
Xatırladaq ki, Londondakı erakt nəticəsində 4 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. İngilis polisinin son açıqlamasına görə, Məsud Xalidin həyata keçirdiyi hücum 84 saniyə ərzində davam edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub