Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.
Mynews.az-ın əldə etdiyi məlumata görə, ata ilə oğlu arasında mübahisə ölümlə nəticələnib.
Əldə edilən məlumata görə, bir müddətdir oğlu ilə problem yaşayan Əli T. (60) oğlu Barış T.-ni (25) danışmaq üçün evinin yaxınlığındakı boş əraziyə çağırıb. Bir müddət sonra ata və oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Əli T. yanında olan bıçaqla oğluna bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib.
Yaxınlıqdakı parkda boş sahədən gələn səsləri eşidən vətəndaşlar Barış T.-ni yerdə qan içində tapdılar.
Hadisə ilə bağlı məlumat verildikdən sonra qeyd olunan ünvana sağlamlıq və polis qrupları göndərilib.
Yoxlamalar zamanı gəncin bədənində aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirdiyi müəyyən edilib.
Oğlunun həyatına çoxsaylı bıçaq zərbələri ilə son qoyduqdan sonra hadisə yerini tərk edən Əli T. də eyni küçədəki iqamətgahında Cinayət Bürosu qrupları tərəfindən yaxalanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub