"Turkish Airlines” aviaşirkəti Moskva hava limanlarında ötən gecə tətbiq edilən məhdudiyyətlər səbəbindən Rusiya paytaxtına uçuşları ləğv edir.
Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
"Rusiyanın mərkəzi hava limanlarında mayın 26-da gecə saatlarında təyyarələrin qəbulu və yola salınmasına yenidən məhdudiyyətlər tətbiq edilib. Bu, Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəlində dəyişikliklərə səbəb olub. Reyslərin 60 %-ə qədəri qrafik üzrə həyata keçirilmir və ya ləğv edilib. O cümlədən "Turkish Airlines”in uçuşlarının müntəzəmliyi də zərər çəkib", - məlumatda bildirilib.
Qeyd edilib ki, tur operatorları vəziyyəti araşdırır və yeni uçuş vaxtı haqqında məlumat gözləməyi tövsiyə edirlər.
"Pegas Touristik” Tur operatorunun baş direktoru Anna Podqornaya bildirib ki, texniki səbəblərə görə bəzi hallarda "Turkish Airlines” gecikmə statusu əvəzinə uçuşun ləğv edildiyini göstərir.
Sankt-Peterburq hava limanında sərnişinlərə Moskvaya uçuş cədvəlinin dəyişdirilə biləcəyi barədə xəbərdarlıq edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub