Hindistan və Pakistan arasındakı münaqişələr Hindistandakı Türkiyə şirkətləri üçün çətinliklər yaradıb.
Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, Hindistanda 9 hava limanında fəaliyyət göstərən Türkiyənin Çelebi şirkətinin təhlükəsizlik rəsmiləşdirilməsinin ləğvi gərginliyi artırıb və hindli milyarderlər Türkiyə şirkətlərini boykota çağırıb.
Hindistanlı milyarderlərin İstanbul, Antalya və Bodrumdakı ultralüks toy rezervasiyaları bir-birinin ardınca ləğv edilib.
Mütəxəssislər Türkiyəyə hər il 250-300 min hindistanlı turist gəldiyinə, yay ayları üçün edilən rezervasiyalarda isə yüzdə 300-ə qədər azalma olduğuna diqqət çəkib. Məlum olub ki, aylar öncədən edilən on minlərlə rezervasiya artıq ləğv edilib.
Hindistanlı turistlərin ləğv etdiyi rezervasiyalara pakistanlıların maraq göstərdiyi bildirilsə də, iki turist profili arasında ciddi fərqlər var. Mütəxəssislər Türkiyəyə səyahət edən hindistanlı turistlərin “lüks xərclər” qrupunda olduğunu və son illərdə Çindən Türkiyəyə səyahətlərin artması ilə bu boşluğun aradan qaldırıla biləcəyi qənaətindədirlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub