Hindistanın "IndiGo” aviaşirkətinin Koçidən Dehliyə gedən təyyarəsi bu gün səhər partlayış təhdidindən sonra Naqpurda təcili eniş edib.
Bu barədə PTI informasiya agentliyi Hindistanın Koçi beynəlxalq hava limanının (CIAL) məlumatına istinadən xəbər verir.
Təhdid Maskatdan gələn və səhər saat 9.31-də Dehliyə yola düşən "IndiGo” təyyarə reysinin rəsmi elektron poçt ünvanına daxil olub. Təyyarədə 157 sərnişin və altı ekipaj üzvü olub.
CIAL-in məlumatına görə, Bomba Təhdidini Qiymətləndirmə Komitəsi təhdidi real hesab edib.
"Məlumat dərhal müvafiq orqanlara ötürülüb, bundan sonra təyyarə Naqpur hava limanına təcili eniş edib və hazırda yoxlanılır", - məlumatda qeyd olunub.
Zəruri təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra təyyarə təyinat məntəqəsi olan Dehliyə yola düşəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub