İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.
Mynews.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı şəhərin icra hakimiyyətinin rəhbəri Hüseyn Abbasi də təsdiq edib.
"Təhlükəsizlik və hərbi rəsmilər insidentin təfərrüatını araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq", - deyə Hüseyn Abbasi qeyd edib.
Yayılan xəbərdən qısa müddət sonra İranın ordu rəhbərliyi vurulan döyüş təyyarəsinin "F-35" olduğunu təsdiqləyib.;
"Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus "F-35" döyüş təyyarəsini Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib", - məlumatda qeyd olunub.
Bu, iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail qırıcısıdır.;
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub